Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 140.549 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Volok by Roerich.jpg
Rusların Qafqaz ekspedisiyaları — rusların 864-1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 913-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü.

943-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi. Dizenteriyanın başlanması rusların qənimətlərlə birlikdə qaçmasına səbəb oldu. Kiyev şahzadəsi I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığını məhv edən növbəti hücuma başladı. Svyatoslavın hücumu rusların şimal-cənub ticarət yollarını əllərində tutmasının başlanğıcı oldu və bu regiounun demoqrafiyasının dəyişməsi ilə nəticələndi. Basqınlar Xəzər dənizinə gedən yolu yenidən qurmaq üçün Səyyah İnqvar tərəfindən 1041-ci ildə edilən cəhdə qədər davam etdi. (Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

2010-cu ildə Ağdam şəhərində Çörək muzeyi.jpg
Çörək muzeyiAzərbaycanın Ağdam şəhərində çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında muzey. 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat var idi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeyə bitişik ərazidə təndirxanası olan "Sünbül" kafesi ziyarətçilərə xidmət göstərirdi. Kompleksə karvansara da daxil idi.

Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü.Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun XanabadNaxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı və nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Sehirli xalat
  • Azərbaycanlı yazıçı Maqsud İbrahimbəyovun ilk kitabı 1961-ci ildə işıq üzü görüb.
  • Şeirləri dini ehkamlara qarşı çevrildiyindən Əbu Nuvas xəlifə əl-Əminin əmri ilə həbs olunmuşdur.
  • Sehrli xalat (şəkildə) filmində pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib
  • Hal-hazırda Şotlandiya Poeziya Kitabxanasında Şotlandiya və beynəlxalq poeziyasına aid olan 30,000 əsər saxlanılır.
  • Azərbaycanın müasir mədəniyyət məkanında yayılmış iki növ caz vardır.

HSCommons.svg Günün seçilmiş şəkli

Edvard Munch - Madonna - Google Art Project.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Naringi


Son ölümlər: Lyudmila Alekseyeva, Corc Herbert Uoker Buş, Stiven Hillenburq, Əjdər Ağayev, Bernardo Bertoluççi, Novruz Novruzlu, Pablo Ferro

HSDagensdatum.svg Tarixdə bu gün — 12 dekabr

Heydər Əliyev
  • 1787 — Amerika ştatı Pensilvaniya ABŞ konstitusiyasını ratifikasiya etmişdir.
  • 1913 — Florensiyadan oğurlandıqdan iki il sonra Mona Liza tapılmışdır.
  • 1935 — İran şahı Rza şah Pəhləvi rəsmən taxt-taca sahib olmuşdur.
  • 1945Cənubi Azərbaycanda Milli Hökumət elan olunmuşdur.
  • 1963Keniya müstəqilliyini elan etmişdir.
  • 2003Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev dünyasını dəyişmişdir.
  • 2008İsveçrə Şengen zonasına daxil olmuşdur.
  • Digər günlər: 11 dekabr12 dekabr13 dekabr

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Flag of Azerbaijan.svg
    Asiya ölkələrinin siyahısıAsiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalıUral dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okeanBerinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.

    Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır.

    Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, MonqolustanMisir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya)

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-az.png Vikipediya digər dillərdə